Dünya

Türkiyədə daha bir məktəbə hücum: 20 nəfər yaralanıb

15 Aprel 2026, 15:538
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyənin cənubunda məktəbdə baş verən atışma nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Zefer.media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Şanlıurfanın Siverek rayonunda məktəbə dünən baş verən silahlı hücumun şoku hələ davam etsə də, bu gün Kahramanmaraşdan da oxşar bir xəbər gəldi. Aysel Çalık Orta Məktəbində silahlı hücumun baş verdiyi və hadisədə çox sayda yaralının olduğu iddia edilir.

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Kahramanmaraş valisinin verdiyi məlumata görə, silahlı hücumu 8-ci sinif şagirdi törədib. Sonra da özünü öldürüb. Onun atasının keçmiş polis əməkdaşı olduğu deyilir.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600