ABŞ-də məşhur reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən 63 yaşlı Duane “Keffi Di” Devis 40 il həbs cəzasına məhkum edilib. İş üzrə hökm təxminən 30 illik gözləntidən sonra çıxarılıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, keçmiş South Side Compton Crips dəstə lideri olan Devis ittiham tərəfinin versiyasına görə, 1996-cı ildə Las-Veqasdakı kazinoda Tupakla öz qardaşı oğlu arasında baş verən davadan sonra reperə hücumu təşkil edib.
Devisin özü atəş açan şəxs olmayıb.
Aytən Yalçınqızı




