• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.4° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Trampdan sonra Putinin də Çinə səfəri siyasi mesaj daşıyırdı - Politoloq Turab Rzayev

22 May, 26 / 21:05
A A

Rusiya Prezidenti Vladimir Putinin Çinə dövlət səfəri və Pekində Çin Prezidenti Xi Jinpinglə keçirdiyi görüş beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Tərəflər arasında aparılan müzakirələrin siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, qlobal proseslərə təsiri də maraq doğuran məqamlardan biri hesab olunur.

Putinin səfərinin Çin – Rusiya münasibətlərinə əsas təsiri ilə bağlı Zefer.media – ya açıqlama verən politoloq Turab Rzayev həmin görüşün əvvəlcədən proqnozlaşdırılan görüş olduğunu diqqətə çatdırıb :

” Rusiya və Çin rəhbərlərinin görüşü əslində gözlənilən idi. Xüsusilə hesab edirəm ki, Putinin səfərini Donald Trampın səfərindən sonraya salması həm ABŞ ilə Çin arasında yaranan gərginliyi yaxından izləmək, həm də müəyyən siyasi mesaj vermək məqsədi daşıyırdı. Moskva Pekinlə birlikdə Qərbə qarşı yeni bir Şərq blokunun formalaşdırıldığını nümayiş etdirmək istəyir. Təsadüfi deyil ki, sözügedən görüş eyni zamanda Rusiya ilə Çin arasında daha əvvəl imzalanmış strateji müqavilələrin növbəti ildönümlərinə təsadüf edirdi.

Faktiki olaraq Rusiya və Çin Qərbin, daha dəqiq desək, ABŞ-nin qlobal hegemoniyasına qarşı müəyyən müqavimət formalaşdırmağa çalışırlar. Onlar daha çoxqütblü dünya düzəninin yaranmasına çalışır və bu prosesdə bir-birlərinə ehtiyac duyurlar. Bununla yanaşı, Moskva və Pekin açıqlamalarında vurğuladılar ki, onların əməkdaşlığı və tərəfdaşlığı hər hansı başqa bir dövlətə qarşı yönəlməyib. Bu barədə də müvafiq bəyanatlar səsləndirildi.

Görünən odur ki, Rusiya və Çin əməkdaşlıqlarını daha da dərinləşdirməyə çalışırlar və bununla bağlı yeni müqavilələr də imzalanıb. Aydındır ki, Rusiya Çin üçün həm ucuz xammal mənbəyi, həm də geniş satış bazarı rolunu oynayır. Eyni zamanda Rusiya Çindən sanksiyalardan yayınmaq məqsədilə istifadə edir; həm öz məhsullarını məhdudiyyətlərdən kənar satmağa, həm də xüsusilə hərbi sənayedə istifadə olunan zəruri ehtiyat hissələrini əldə etməyə çalışır”.

Politoloq, Rusiya və Çinin ABŞ-nin qlobal təsirinə qarşı birgə dayaq kimi çıxış etdiklərini bildirib :

“O cümlədən, Rusiya və Çin ABŞ-nin qlobal hegemoniyasına qarşı mübarizədə bir-birindən qarşılıqlı balans vasitəsi kimi istifadə edirlər. Onların birgə fəaliyyət göstərməsi istər-istəməz ABŞ üçün müəyyən çəkindirici amil yaradır. Lakin nəzərə almaq lazımdır ki, hər nə qədər Rusiya və Çin vahid blok kimi görünsələr də, bu iki ölkənin strateji maraqları tam şəkildə üst-üstə düşmür və bu münasibətlərin daimi ittifaq xarakteri daşıyacağı hələlik qəti deyil.

Çinin uzunmüddətli maraqları gələcəkdə Rusiyanın zəifləməsi və mümkün olarsa, Asiyada onun təsir dairəsini əvəz etməsi ilə də bağlıdır. Bununla belə, Çin hazırda Rusiyadan ABŞ- yə qarşı həm təhdid, həm də balans elementi kimi istifadə edir və paralel şəkildə iqtisadi baxımdan dünya hegemonuna çevrilməyə çalışır. Digər tərəfdən, Rusiya da Çindən ABŞ hegemoniyasına qarşı balans vasitəsi kimi yararlanır və Pekin üzərindən Vaşinqtonun qlobal təsirini zəiflətməyə çalışır.

Bu səbəbdən Rusiya–Çin ittifaqının nə dərəcədə strateji dərinlik qazanacağı və nə qədər etibarlı olacağı məsələsi hələ də açıq qalır. Düşünürəm ki, bunun daha aydın görünməsi üçün uzun müddətə ehtiyac var”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Siyasət

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü

İyun 25, 2026
Manşet

“Azərbaycan üzərindən Ermənistana internet kabeli çəkilməsi ilə bağlı heç bir risk görmürük”

İyun 25, 2026
Siyasət

Bayramov Polşada mühüm konfransda

İyun 25, 2026
Manşet

“Hərbi xidmətkeçmə haqqında” qanunla bağlı İlham Əliyevdən Fərman

İyun 25, 2026
Dünya

İsrail səfiri: “İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

İyun 24, 2026
Manşet

Ceyhun Bayramov Polşaya getdi

İyun 24, 2026

XƏBƏR LENTİ

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

25 İyun, 26 / 17:07

Elnur Məmmədov Maqdalena Qrono ilə görüşüb

25 İyun, 26 / 17:02

Ceyhun Bayramov və Kuleba Azərbaycan–Ukrayna əməkdaşlığının cari gündəliyini müzakirə edib

25 İyun, 26 / 16:56

Poroşenkoya cinayət işi açıldı

25 İyun, 26 / 16:48

Dağıstanda da yanacaq satışına məhdudiyyət qoyuldu

25 İyun, 26 / 16:42

“Bu, qəbuledilməzdir, amma hökumət yumruq torbası olmamalıdır”

25 İyun, 26 / 16:39

Keçən il 73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib

25 İyun, 26 / 16:36

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 16:24

“Azərbaycan üzərindən Ermənistana internet kabeli çəkilməsi ilə bağlı heç bir risk görmürük”

25 İyun, 26 / 16:18

Venesuelada zəlzələ, xeyli sayda ölən var

25 İyun, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.