Manşet

“Azərbaycan üzərindən Ermənistana internet kabeli çəkilməsi ilə bağlı heç bir risk görmürük”

25 İyun 2026, 16:183
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Ermənistan Azərbaycandan keçən internet trafikindən şəxsi məlumatlar üçün heç bir risk və ya təhdid görmür.
Zefer.media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı hökumət iclasından sonra bildirib.
“Biz daim deyirik ki, Ermənistan tranzit mərkəzinə çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi və siyasi çəkimiz və təhlükəsizliyimiz bir o qədər artır. Buna qarşı çıxan hər kəs Ermənistanın münaqişə çıxılmaz vəziyyətində qalmasını istəyir”, – deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, “Dünyanın Kəsişmə Yolları” konsepsiyası ölkə ərazisindən şimaldan cənuba və şərqdən qərbə mümkün qədər çox kabel, boru kəməri, yol, marşrut və hava xətlərinin keçməsini təklif edir.
Paşinyan vurğulayıb: “Bu, sülh və təhlükəsizliyin qarantıdır”.
Xatırladaq ki, daha əvvəl Telecom Armenia və Azertelecom şirkətləri arasında internetin Azərbaycan üzərindən Ermənistana ötürülməsi ilə bağlı müqavilə imzalandığı deyilmişdi.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600