Xarici xəbərlər

Tramp Zelenskinin “Patriot” raketləri ilə bağlı tələbini rədd etdi

5 Avqust 2026, 14:011
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenskinin şəxsi xahişinə baxmayaraq, Ukraynaya “Patriot” sistemi üçün raket tutucularını verməkdən imtina etdi”.

Zefer.media mənbələrin verdiyi məlumata istinadən xəbər verir ki, Tramp iyulun 28-də Oval Ofisdə keçirilən görüş zamanı Zelenskinin xahişini rədd edib.

Ukrayna prezidenti amerikalı həmkarından Patriot sistemləri üçün daha bir neçə yüz raket tədarük etməsini istəyib.

Ağ Ev rəhbəri dərhal bunu etməyəcəyini açıq şəkildə bildirdi.

Anonim mənbələrə görə, Tramp Zelenskiyə imtinasını ABŞ-da ehtiyat çatışmazlığı ilə izah edib.

O, həmçinin əlavə edib ki, bu raketlər İranla müharibədə Yaxın Şərq və Fars körfəzi ölkələrindəki Amerika obyektlərini qorumaq üçün lazımdır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600