ABŞ və İran arasında davam edən müharibədə diqqət çəkən məqamlardan biri İsrailin əvvəlki mərhələdən fərqli olaraq birbaşa döyüş əməliyyatlarında iştirak etməməsidir. Həmin məsələ ilə bağlı yayılan məlumatlar və təhlillər İsrailin kənarda qalmasının yalnız Təl-Əvivin öz qərarı olmadığını göstərir.
Zefer.media “Axios” portalının yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin müharibəyə qoşulma ehtimalını şərh edib.
“Əgər İsraildən xahiş etsəydim, iki dəqiqə ərzində qoşulardılar. Lakin İrana qarşı yeni bir əməliyyata başlamaq üçün heç kimə ehtiyacımız yoxdur”, – deyə, Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, İsrailin İrandakı əməliyyatlara qoşulacağı təqdirdə bunun müəyyən “nəticələri” olacaq.
Zərintac Mayisqızı

















