ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmaq və müharibəyə son qoymaq üçün təqdim etdiyi son təklifdən məmnun deyil.
Zefer.media xəbər verir ki, “The New York Times” qəzeti və “Reuters” agentliyi bir neçə məlumatlı mənbəyə istinadən məlumat yayıblar.
Mənbələr bildiriblər ki, Tramp bazar ertəsi günü Ağ Evin Vəziyyət Otağında keçirilən görüşdən sonra müşavirlərinə bildirib ki, Tehranın təqdim etdiyi plan Vaşinqtonu qane etmir. Bildirilir ki, İranın təklifində nüvə proqramı məsələsi ümumiyyətlə nəzərə alınmayıb.
Dərc olunan xəbərlərə görə, İranın xarici işlər naziri Abbas Əraqçının İslamabada səfəri zamanı Pakistan rəsmiləri vasitəsilə ABŞ-yə çatdırılan təklifdə Tehran ABŞ-dən müharibəyə qəti şəkildə son qoymağı və gələcəkdə yenidən hücum etməyəcəyinə dair zəmanət verməyi tələb edib.
Eyni zamanda, İran ABŞ-dən dəniz blokadasına son qoymağı və Hörmüz boğazının yenidən açılmasına razılıq verməyi istəyib.
Zərintac Mayisqızı

















