Dünya

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman”

6 May 2026, 16:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ prezidenti Donald Tramp razılaşma məsələsi ilə bağlı İrana sərt xəbərdarlıq edib.

Zefer.media xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib.

İran razılaşdırılmış şərtləri qəbul edərsə, “Epik Qəzəb” əməliyyatının sona çatacağını və ABŞ-nin tətbiq etdiyi “yüksək effektiv blokada”nın dayandırılacağını açıqlayıb. O, bu halda Hörmüz boğazının İran da daxil olmaqla “hamı üçün açıq” olacağını vurğulayıb.

Ancaq Ağ Ev rəhbəri əlavə edib ki, Tehran razılaşmanı qəbul etməzsə, bombardmanlar yenidən başlayacaq və əvvəlkindən daha yüksək səviyyədə, daha intensiv olacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600