Dünya

Tramp bu bölgəni hədəf olaraq göstərdi

17 İyul 2026, 17:111
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İrana qarşı hərbi əməliyyatların yenidən başladığı günlərdə ABŞ prezidenti Donald Tramp İranın Nətənz nüvə kompleksi yaxınlığında yerləşən Külüng dağı ərazisindəki nüvə obyekti ilə bağlı sərt açıqlamalar verib.

Zefer.media xəbər verir ki, məşhur aparıcı Hyu Hyuittin müsahibəsi zamanı Trampdan İranın Külüng dağı adlanan bölgəsində yerləşən dərin tunellərdəki nüvə obyektinin gələcəkdə hədəfə alınıb-alınmayacağı soruşulub. Hyuitt qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərinin həmin obyektə daxil olub fəaliyyətləri yoxlaması yeni razılaşma üçün şərt kimi irəli sürülə bilər.

“Biz ora hava qüvvələrimiz vasitəsilə nəzarət edirik. Bizim çoxlu müşahidə imkanlarımız var. Külüng dağı güclü və böyük bir hücum üçün potensial hədəfdir. Düşünürəm, siz bunu görəcəksiniz. Bu hədəf çox ağır bir zərbə ilə, birbaşa əsas girişdən vurula bilər”, – deyə Tramp diqqətə çatdırıb.

 Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600