Dünya

Tramp atəşkəsi Müctəba Xameneyinin cavabını gözlədiyi üçün uzadıb – “Axios”

22 Aprel 2026, 15:002
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Trampın İranla bağlı atəşkəsi uzatmasının əsas səbəblərindən biri, Vaşinqton və vasitəçilərin son təklifə Müctəba Xameneyidən cavab gözləməsi olub.

Zefer.media xəbər verir ki, bu barədə “Axios” agentliyi məlumat yayıb.

Bildirilib ki, Pakistanın vasitəçilik səyləri ilə tanış olan regional mənbə və İsrail rəsmisi Trampın qərarının bu gözlənti ilə əlaqəli olduğunu qeyd edib. İsrail mənbəsinin iddiasına əsasən, Xameneinin cavabının çərşənbə günü təqdim ediləcəyi gözlənilir.

“Axios” yazıb ki, Tehran daxilində danışıqların davam etdirilməsi məsələsində ciddi fikir ayrılığı var. Parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı dialoqu dəstəkləsələr də, SEPAH komandirləri ABŞ-nin blokadası davam etdiyi müddətdə hər hansı güzəştə qarşı çıxır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600