Dünya

Tramp Aİ-yə Hörmüz boğazına qoşun göndərmək üçün ultimatum verib

9 Aprel 2026, 18:221
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında təcili hərbi dəstək tələb etməklə Avropa müttəfiqlərinə təzyiqi artırıb.

Zefer.media xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Vaşinqtondan qayıtdıqdan sonra NATO-nun baş katibi Mark Rutte Avropa liderlərinə Trampın Avropadan boğazda hərbi gəmilər və digər hərbi qüvvələr yerləşdirmək üçün konkret öhdəliklər götürməsini gözlədiyini bildirib. Məqalədə deyilir ki, əvvəlki siyasi vədlər artıq kifayət deyil.

Trampın Avropa NATO müttəfiqlərinə hərbi dəstəyi kəsməklə bağlı davam edən təhdidlərini nəzərə alaraq, Avropa diplomatları yeni tələbləri ultimatum adlandırdılar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600