Dünya

Torpağımızın bir qarışı belə İsrail işğalı altında olduğu müddətdə müstəqilliyimiz təhdid altında qalacaq – Livan parlamentinin sədri

19 Noyabr 2026, 18:062
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Livan parlamentinin sədri Nəbih Berri İsrailin Livan ərazisinin hər hansı bir hissəsində işğalı davam etdiyi müddətdə ölkənin müstəqilliyinin təhdid altında qalacağını bildirib.

Zefer.media TRT Haber-ə əsasən xəbər verir ki, Berri noyabrın 22-də qeyd olunacaq müstəqilliyin 83-cü ildönümü ərəfəsində yayımladığı bəyanatında ordunun suverenliyin qorunmasındakı roluna diqqət çəkərək, “Livan ordusu müstəqilliyin qorunmasının əsas dayağıdır. Milli suverenlik onun sayəsində təmin edilir və qorunur”, – deyə qeyd edib.

O, ordunun üzərinə düşən vəzifələri yerinə yetirə bilməsi üçün lazımi imkanlarla təmin edilməsinin vacibliyini vurğulayıb və işğal altındakı torpaqların azad edilməsinin bir vəzifə olduğunu bildirib.

İsrailin Livanın cənubundakı işğalına da toxunan Berri, “Ölkəmizin torpaqlarının bir qarışı belə İsrail işğalı altında olduğu müddətdə müstəqilliyimiz təhdid altında qalacaq”, – deyə bildirib.

Parlament sədri Berri Livanın cənubunun heç bir qurum və ya tərəf üçün “bufer zona” olmayacağını, yalnız bölgə sakinlərinə məxsus olacağını və hər zaman Livan torpağı olaraq qalacağını vurğulayıb.

İsrail ordusu martın 2-də Livana qarşı intensiv hava hücumlarına başlayaraq ölkənin cənubunda onlarla yaşayış məntəqəsini işğal edib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600