Hadisə

Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açılıb

17 Noyabr 2026, 11:1921
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

 

Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndindən keçən hissəsində baş verən qəza ilə bağlı cinayət işi başlanılıb.

Zefer.media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.

Xatırladaq ki, xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600