Xarici xəbərlər

Timoti Snayder: Tramp dövründə ABŞ öz zəifliyinə görə müharibələri davam etdirir

12 Oktyabr 2026, 15:202
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Məşhur amerikalı tarixçi Timoti Snayder bildirib ki, Donald Trampın prezidentliyi dövründə ABŞ müharibələrin qarşısını ala bilən ölkədən öz zəifliyi səbəbindən müharibələri davam etdirən dövlətə çevrilib. O, bu fikirləri yeni essesində qələmə alıb.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Snayderin sözlərinə görə, Tramp özünü güclü lider kimi göstərməyə çalışsa da, heç kim onu belə qəbul etmir. Tarixçi hesab edir ki, Tramp hakimiyyətdə olduğu il yarım ərzində ABŞ-nin beynəlxalq mövqelərinə ciddi zərər vurub və baş verənləri “supergücün intiharı” adlandırıb.

Snayder İranla müharibəni strateji fəlakət kimi qiymətləndirib. O qeyd edib ki, ABŞ bu müharibəyə milyardlarla dollar və böyük həcmdə sursat sərf edib, insan itkiləri verib, həmçinin Yaxın Şərqdəki hərbi bazalarında mövcudluğunu azaltmağa məcbur olub.

Tarixçinin fikrincə, bu uğursuzluqlar Vaşinqtonun zəifliyini daha da artırır. O, ayrıca Trampın Rusiya Prezidenti Vladimir Putinə münasibətdə güzəştə getməsini də tənqid edib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600