İran və ABŞ arasında mesaj mübadiləsi Tehranın təqdim etdiyi 14 maddəlik təklif əsasında davam edir.
Zefer.media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi “İranın 14 maddəlik təklif mətni” çərçivəsində aparılır və proses hələ də davam edir.
Xatırladaq ki, mayın 18-də Tasnim News agentliyi yazmışdı: “Pakistan vasitəsilə Vaşinqtona çatdırılan sənəddə əsas diqqət hərbi əməliyyatların dayandırılması və qarşılıqlı etimadın gücləndirilməsi mexanizmlərinə yönəlib”.
Zərintac Mayisqızı

















