Xarici xəbərlər

Tehran mövcud şərtlərdə atəşkəs və danışıqları legitim hesab etmir- İranlı rəsmilər

25 Mart 2026, 19:424
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranlı rəsmilər bildiriblər ki, razılaşmanı pozan tərəflərlə danışıqlar prosesinə girmək məntiqsizdir.

Zefer.media “TRT Xəbər” – ə istinadən bildirir ki, Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, adı açıqlanmayan bəzi iranlı rəsmilər atəşkəs və danışıqlar prosesi ilə bağlı qiymətləndirmələr aparıb. Xəbərdə “İranlı rəsmilər mövcud şərtlərdə atəşkəs və danışıqları legitim hesab etmir” ifadəsinə yer verilib.

Rəsmilər vurğulayıblar ki, ABŞ atəşkəs elan etmək və İranla danışıqlara başlamaq üçün cəhd göstərir, lakin hazırkı şəraitdə atəşkəs və danışıqlar uyğun deyil.

Həmçinin bildirilib ki, İran rəhbərliyi atəşkəs təklifini qəbul etməyib və Tehranın irəli sürdüyü şərtlər qəbul olunacağı təqdirdə atəşkəs deyil, yalnız müharibənin sona çatmasını qəbul edəcək.

“Press TV”yə danışan yüksək səviyyəli bir İran təhlükəsizlik rəsmisinin sözlərinə görə, Tehran Vaşinqtonun təkliflərini “sahə reallıqlarından uzaq və həddindən artıq” hesab edərək rədd edib. İranın müharibəni bitirmək üçün irəli sürdüyü şərtlər bunlardır:

Sui-qəsdlərin və hərbi əməliyyatların istisnasız dayandırılması

Müharibənin yenidən başlanmayacağına dair konkret və bağlayıcı mexanizmlərin yaradılması

Müharibə zərərlərinin aydın şəkildə müəyyənləşdirilməsi və zəmanət altına alınaraq ödənilməsi

Müharibənin yalnız İran üçün deyil, bölgədəki bütün “müqavimət qrupları” üçün bütün cəbhələrdə sona çatması

Hörmüz Boğazı üzərində İranın nəzarətinin beynəlxalq səviyyədə tanınması və təmin edilməsi

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600