• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

TƏBİB və bp-nin tərəfdaşlığı çərçivəsində Yeni Klinikada Tibbi Tədris – Simulyasiya Mərkəzinin açılışı olub

08 İyul, 26 / 19:20
A A

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris – Simulyasiya Mərkəzi istifadəyə verilib.

TƏBİB – dən Zefer.media – ya verilən məlumata görə, mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin, eləcə də tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsidir. Müasir beynəlxalq standartlara cavab verən çoxfunksiyalı bu Mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Mərkəz beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları və real klinik şəraiti əks etdirən müasir tədris vasitələri ilə təchiz olunub.

 

Mərkəzin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev, bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Milli Məclisinin deputatları Pərvanə Vəliyeva, Könül Nurullayeva və Sevinc Hüseynova, Yeni Klinikanın direktoru Zəhra Vəzirova, “Sağlamlığa Xidmət” İB-nin direktoru Elçin Muxtarlı, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Bahadur Rzayev bildirib ki, Mərkəzin yaradılması daha keyfiyyətli tibbi xidmətlər göstərmək üçün resursların inkişafı baxımından mühüm addımdır. Burada tətbiq olunan simulyasiya əsaslı təlim modeli tibb işçilərinin praktik hazırlığının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə imkan yaradacaq və Azərbaycanda tibbi xidmətlər sahəsində insan kapitalının gücləndirilməsinə önəmli töhfə verəcək.

 

Bəxtiyar Aslanbəyli çıxışında qeyd edib ki, keyfiyyətli tibbi xidmətlərin əsasında hazırlıqlı və bilikli tibb mütəxəssisləri dayanır. Bu layihəyə dəstək verməkdə məqsəd tibb işçilərinin müasir təlim imkanlarına çıxışının genişləndirilməsinə və onların peşəkar bacarıqlarının inkişafına töhfə verməkdir.

 

Daha sonra çıxış edənlər Tibbi Tədris – Simulyasiya Mərkəzinin tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəz ilə tanış olub, mütəxəssislər tərəfindən təqdim olunan təcili tibbi yardım üzrə praktik simulyasiya ssenarisini izləyiblər. Nümayiş zamanı müasir simulyasiya avadanlıqlarının imkanları, müxtəlif klinik vəziyyətlərdə tibbi komandanın fəaliyyəti və qərarvermə prosesi əyani şəkildə təqdim olunub.

 

Tibbi Tədris – Simulyasiya Mərkəzində təcili tibbi yardım ssenarilərinin praktiki şəkildə tətbiqinə imkan verən müasir simulyasiya avadanlıqları, onlayn təlimlərin idarə olunmasını və video-arxivin formalaşdırılmasını təmin edən rəqəmsal platforma, təlimlərin real vaxt rejimində yayımlanması üçün audio-vizual infrastruktur, həmçinin tam təchiz olunmuş təlim otaqları yaradılıb. Layihə çərçivəsində yaradılan virtual platforma isə regionlarda çalışan tibb işçilərinə və tələbələrə canlı yayımları izləmək, video arxivdən və digər tədris materiallarından məsafədən istifadə etmək imkanı yaradacaq.

 

Qeyd edək ki, layihə 17 yanvar 2026-cı il tarixində qüvvəyə minmiş qrant yardım müqaviləsinə əsasən bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən həyata keçirilir. Mərkəz ilkin mərhələdə təcili tibbi yardım modulunu əhatə edir. Gələcəkdə reanimasiya və intensiv terapiya, neonatologiya və doğuş üzrə daha üç modulun yaradılması planlaşdırılır.

Bənzər Xəbərlər

Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi başlayır  

İyul 24, 2026
Cəmiyyət

Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödənilir

İyul 23, 2026
Cəmiyyət

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

İyul 23, 2026
Cəmiyyət

FHN Sumqayıt Regional Mərkəzi Xızıda müşavirə keçirdi

İyul 23, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.