Siyasi elmlər üzrə professor, Kiyev-Mohıla Akademiyası Milli Universitetinin professoru Taras Kuzio 2020-ci ildə baş verən 44 günlük müharibə ilə Rusiyanın Ukraynaya müdaxiləsi arasında paralellər aparıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Kuzio EU Reporter portalı üçün yazdığı köşə yazısında Azərbaycanın qələbəsinin müasir hərbi texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının əhəmiyyətini nümayiş etdirdiyini qeyd edib.
Müəllifin fikrincə, Rusiya Azərbaycanın Qarabağdakı hərbi təcrübəsindən lazımi nəticələri çıxarmayıb.
Pərvin Hacıyeva

















