• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Təhsil məktəbdədir, yoxsa repetitor yanında? - Araşdırma

19 May, 26 / 13:21
A A

Son illərdə repetitor yanına gedən şagirdlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Artıq bir çox valideyn məktəbdə keçirilən dərslərin yetərli olmadığını düşünür və övladını əlavə hazırlığa yönləndirir. Xüsusilə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün repetitor demək olar ki, zərurətə, bəzən isə sosial dəbə çevrilib. Hesab edirlər ki, hazırlığa getmədikdə imtahanda istənilən nəticə əldə etmək mümkün deyil.

Bəs sözügedən vəziyyətin əsas səbəbi nədir? Məktəblərdə tədrisin keyfiyyəti valideynləri qane etmir, yoxsa problem proqramla imtahan sisteminin uzlaşmamasındadır? Bu zəncirvari asılılıq təhsildə fürsət bərabərliyini necə zədələyir?

11-ci sinif şagirdi Ruqəyya Eyyubova Zefer.media-ya repetitor hazırlığının məktəbdən fərqli üstünlüklərinin olduğunu deyib:

“Repetitorlar şagirdlərlə daha fərdi şəkildə məşğul olurlar. Dərs zamanı sualları dəfələrlə vermək mümkündür və müəllim bezmədən hər dəfə izah edir. Dərslər daha diqqətli və sistemli keçirilir, valideynlərə mütəmadi məlumat verilir, hər ay sınaq imtahanları təşkil olunur. Məktəbdən fərqli olaraq, repetitor hazırlığında daha ciddi nizam-intizam var.Bir neçə fəndən repetitor yanına getmək isə çox yorucudur. Eyni zamanda məktəbə də davam etməliyik, çünki əks halda attestat qiymətləri zəif ola bilər. Bu isə bizi həm fiziki, həm də psixoloji cəhətdən yorur. Bəzən artıq tamamilə tükənmiş vəziyyətdə oluruq. Amma bütün bunlara gələcəyimiz üçün məcbur qalırıq”.

10-cu sinif şagirdi Nuray Həsənli də repetitor hazırlığını daha effektiv olduğunu düşünür:

“Repetitor dərsləri daha anlaşıqlı olur. Məktəbdə də dərslər yaxşı keçirilir. Amma sinifdə şagird sayı çox olduğu üçün müəllim hər kəslə ayrı-ayrılıqda məşğul ola bilmir. Hamıya sual verməyə, dərsi tam izah etməyə vaxt çatmır.Repetitorlar isə imtahanda vaxt bölgüsü və qısa üsullar öyrədir. Buna görə məncə repetitor daha effektlidir”.

 

Lakin Nurayın sözlərinə görə, həmin hazırlıq prosesi şagirdlər üçün ciddi yorğunluq və stress də yaradır:

“Səhər məktəbə gedirik, sonra hazırlığa, axşam da evdə tapşırıqlar qalır. Bu rejim yuxumuza, enerjimizə də təsir edir. ‘Hər yerə çatdırmalıyam’ düşüncəsi və imtahan qorxusu insanda böyük stress yaradır. Bəzən həm fiziki, həm də psixoloji olaraq tükəndiyimizi hiss edirik”.

Valideyn Məleykə Hüseynova isə fikrincə bugünkü təhsil sistemi valideynləri repetitor axtarmağa məcbur edir:

“Bugünkü təhsil sisteminin vəziyyətini qənaətbəxş hesab etmirəm. Məncə, artıq repetitorsuz uşaqların gələcəyini təsəvvür etmək çox çətindir. Açıq desəm, yüksək nəticə əldə etmək üçün repetitor hazırlığı demək olar ki, vacib hal alıb. Məktəblərdə dərslər lazımi səviyyədə keçirilmir, müəllimlər də sanki məsuliyyəti repetitorların üzərinə buraxırlar. Belə bir düşüncə formalaşıb ki, onsuz da uşağı repetitor hazırlaşdıracaq.Əslində isə iki-üç il ərzində məktəbdə verilməyən bilikləri repetitor uşağa qısa müddətdə öyrətməyə çalışır və qəbul imtahanında yüksək nəticənin əsas yükünü də onlar daşıyırlar. Repetitorlar uşağın gələcəyində çox böyük rol oynayır”.

O, repetitor xərclərinin ailə büdcəsinə ciddi təsir etdiyini də vurğulayır:

“Repetitor xərcləri ailə büdcəsinə ciddi təsir edir. Əgər məktəblərdə tədris yüksək səviyyədə qurulsa, müəllimlər dərsləri şagirdlərə düzgün şəkildə çatdırsalar, düşünürəm ki, valideynlər bu qədər əlavə xərcə getməz. Heç kim pulunu boş yerə xərcləmək istəməz. Amma bugünkü şəraitdə repetitorsuz alınmır.Buna baxmayaraq, mən bu xərcləri uşağımın gələcəyinə qoyulan investisiya hesab edirəm. Şəxsən mən oğlumu son üç ildə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə repetitor yanına qoymuşam.Bu il də buraxılış imtahanında həmin fəndən yüksək nəticə əldə etdi. Bu da göstərir ki, repetitor hazırlığı heç də boşuna deyil, gələcəyə yönəlmiş bir yatırım kimi öz nəticəsini verir”.

Həm pedaqoq, həm də repetitor olan Svetlana Məmmədova isə vurğulayıb ki, müasir dövrdə repetitor dəstəyi belə demək mümkünsə qaçılmazdır:

“Düzdür, məktəb proqramları son illərdə xeyli çətinləşib. Amma mən düşünürəm ki, bugünkü dövrdə repetitorsuz uşağın ciddi nailiyyət əldə etməsi çox çətindir. Dərsi dərindən mənimsəmək üçün xüsusi hazırlıq lazımdır. Ola bilər ki, fitri istedada malik bəzi uşaqlar repetitorsuz da uğur qazansınlar, amma bu çox nadir hallarda rast gəlinir.Xüsusilə texniki fənlərdə, məsələn riyaziyyatda repetitor dəstəyi demək olar ki, vacibdir. Riyaziyyat elə bir fəndir ki, ayrıca izah olunmasa, bir çox şagird mövzuları tam başa düşə bilmir. Ona görə də müasir dövrdə repetitora ehtiyacın olduğunu düşünürəm”.

Onun sözlərinə görə, imtahan sisteminin mürəkkəbləşməsi də bu asılılığı artırır:

“Əslində repetitorluğa ehtiyac əvvəllər də olub. Sovet dövründə də belə hallar vardı, amma o zaman bu qədər geniş yayılmamışdı. Çünki həm məktəb proqramları, həm də imtahan sistemi indiki qədər mürəkkəb deyildi. İmtahan sualları daha obyektiv və sadə olurdu. İndi isə istər tarix, istər digər fənlər üzrə suallar çox çətin və qəliz hazırlanır. Bəzən bir sualdan bir neçə məntiqi nəticə çıxarmaq tələb olunur. Bu isə şagirdlər üçün əlavə çətinlik yaradır”.

Svetlana Məmmədova Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında tam uyğunluğun olmamasını da problem hesab edir:

“Hər qurum fərqli tələblər ortaya qoyur və bu da şagirdlər üçün əlavə çətinlik yaradır. Dərsliklərdə tez-tez yeniliklərin edilməsi, proqramların hər il dəyişməsi də təhsilə mənfi təsir göstərir.
Digər tərəfdən, son illərdə uşaqlarda məsuliyyət hissinin də zəiflədiyini müşahidə edirik. Şagird bəzən gündəlik qiymət almaq üçün dərsi əzbərləyir, sinifdə cavab verir, amma test zamanı çox aşağı nəticə göstərir. Bu da onu göstərir ki, mövzunu dərindən qavramır, sadəcə qiymət almaq üçün oxuyur”.

Təhsil eksperti İlqar Orucov isə problemin daha dərin və sistemli olduğunu bildirir:

“Əslində, Azərbaycanda təhsilin məktəbdən repetitor müstəvisinə keçməsi struktur, iqtisadi və metodoloji amillərlə bağlı ciddi problemdir. Burada əsas məsələlərdən biri məktəb proqramı ilə Dövlət İmtahan Mərkəzinin standartları arasındakı fərqdir.Məktəb proqramı şagirdlərdə ümumi kompetensiyaların, tənqidi təfəkkürün və həyat bacarıqlarının formalaşdırılmasına yönəlib. Dövlət İmtahan Mərkəzi isə məhdud zaman çərçivəsində şagirdləri reytinq üzrə sıralayan selektiv imtahan modeli tətbiq edir”.

Ekspertin diqqətə çatdırıb ki, əsas problem yanaşma fərqidir:

“Məktəb dərslikləri mövzuları geniş və bəzən dağınıq şəkildə təqdim edir. Dövlət İmtahan Mərkəzi isə həmin mövzuların ən xırda detallarını, istisnalarını və diqqətdən yayınan məqamlarını test formatına çevirir. Beləliklə, metodologiyalar toqquşur.Məktəb kurikulumu layihə əsaslı və diskussiyalı tədrisi tələb etdiyi halda, qəbul imtahanları daha çox sürətli test həlli, qayda əzbərləmə və akademik şablonlara əsaslanır.Nəticədə şagird məktəbdə öyrəndiyi üsulla imtahanın mürəkkəb situasiya tipli suallarını vaxtında cavablandıra bilmir”.

İlqar Orucov repetitorluğun sosial bərabərsizliyi daha da dərinləşdirdiyini də ifadə edib:

“Maddi imkanı yüksək olan ailələr övladlarını yaxşı repetitorlara və kurslara yönləndirə bilir. Aztəminatlı, xüsusilə regionlarda yaşayan ailələrin uşaqları isə avtomatik şəkildə rəqabətdə geri qalırlar. Beləliklə, təhsil bərabər imkan platforması olmaqdan çıxaraq imtiyazların nəsildən-nəslə ötürüldüyü sistemə çevrilir”.

Ekspert adıçəkilən problemin həlli üçün məktəbdaxili hazırlıq sisteminin gücləndirilməli olduğunu düşünür:

“Hər məktəbdə yuxarı siniflər üçün Dövlət İmtahan Mərkəzinin formatına uyğun, dövlət tərəfindən maliyyələşdirilən ödənişsiz hazırlıq kursları təşkil oluna bilər. Eyni zamanda ölkənin ən yaxşı müəllimlərinin iştirakı ilə DİM proqramını tam əhatə edən video dərslər, onlayn sınaqlar və interaktiv platformalar yaradılmalıdır”.

İlqar Orucov digər ölkələrin təcrübəsinə də toxunaraq bildirir ki, repetitorluq dünyanın bir çox ölkəsində mövcuddur. Lakin inkişaf etmiş ölkələrdə bu daha çox əlavə və dərinləşdirilmiş bilik məqsədi daşıyır.

Onun sözlərinə görə, Cənubi Koreyada dövlət ödənişsiz onlayn təhsil platformaları yaradıb, Finlandiyada isə məktəbdə geri qalan şagirdlərə dərhal əlavə dəstək göstərilir. Sinqapurda isə aztəminatlı ailələrin uşaqları üçün xüsusi dəstək mexanizmləri tətbiq olunur.

Ekspert deyib ki, Azərbaycan üçün ən uyğun modellərdən biri məktəbdaxili təmayül və hazırlıq sisteminin genişləndirilməsidir:

“Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən təmayül siniflərinin artırılması çox müsbət addımdır və bu təcrübə daha da genişləndirilməlidir. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin proqramını tam əhatə edən rəsmi, interaktiv və pulsuz videobaza yaradılmalı, qəbul imtahanları da həmin metodologiya əsasında qurulmalıdır”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Cəmiyyət

Narsist şəxsiyyətlərlə münasibətdə ən böyük problemlər nələrdir ? - Araşdırma

May 26, 2026
Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

May 25, 2026
Manşet

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

May 25, 2026
Manşet

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

May 25, 2026
Manşet

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

May 25, 2026
Manşet

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

May 25, 2026

XƏBƏR LENTİ

Narsist şəxsiyyətlərlə münasibətdə ən böyük problemlər nələrdir ? - Araşdırma

26 May, 26 / 9:05

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:30

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

25 May, 26 / 17:22

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

25 May, 26 / 17:21

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

25 May, 26 / 17:19

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

25 May, 26 / 17:15

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 26 / 16:56

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər

25 May, 26 / 16:51

Tramp: “İranla razılaşma ya əla olacaq, ya da olmayacaq”

25 May, 26 / 16:47

“Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur”

25 May, 26 / 16:45

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.