• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.4° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:30
A A

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.

Zefer.media xəbər verir ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və millət vəkili Şahin Seyidzadə ilə birgə korpusdakı mövcud emalatxanaların fəaliyyəti ilə tanış olub, tədris prosesini izləyib. Daha sonra planlaşdırılan yenidənqurma işləri və yaradılması nəzərdə tutulan yeni emalatxanalar barədə məlumat lövhəsinə baxış keçirilib.

 

Bildirilib ki, həyata keçiriləcək yeniliklər peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcək.

 

Sonra nazir korpusun müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsilinin inkişaf istiqamətləri, praktiki təlim imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı və tələbələrin məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Emin Əmrullayev çıxışında peşə təhsilinin ölkənin iqtisadi inkişafı və əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir həmçinin müasir infrastrukturun yaradılması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edib.

 

Qeyd olunub ki, Qobustan korpusu region üzrə kənd təsərrüfatı və texniki istiqamətlərdə ixtisaslı kadr hazırlığını həyata keçirən struktur bölmə kimi fəaliyyət göstərir. Korpusda hazırda bitkiçilik mütəxəssisi, baytar texniki, dərzi, kompüterlərin təmiri üzrə texnik və geniş profilli traktorçu-maşinist ixtisasları üzrə tədris aparılır. 2025–2026-cı tədris ili üzrə həmin ixtisaslar üzrə korpusa 78 nəfər tələbə qəbul olunub. 2026–2027-ci tədris ili üçün mərkəz üzrə ayrılmış 660 sifariş yerinin 180-i Qobustan korpusu üçün nəzərdə tutulub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov korpusun fəaliyyəti, tədris prosesi, ixtisaslar, tələbə kontingenti və inkişaf perspektivləri barədə məlumat verib. Direktor müavini həmçinin peşə təhsilində praktiki bacarıqların gücləndirilməsi, müasir ixtisasların inkişafı və məzunların əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edib.

 

Səfər zamanı korpusun gələcək inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Noyabr 5, 2026
Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Cəmiyyət

Bakıda güclü külək əsir

Noyabr 5, 2026
Cəmiyyət

Prezident sərəncam imzaladı

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

05 Noyabr, 26 / 18:37

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05 Noyabr, 26 / 18:22

Bakıda güclü külək əsir

05 Noyabr, 26 / 17:33

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

05 Noyabr, 26 / 17:28

Prezident məşhur aparıcıları təltif etdi

05 Noyabr, 26 / 17:16

Prezident sərəncam imzaladı

05 Noyabr, 26 / 17:10

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

05 Noyabr, 26 / 17:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

05 Noyabr, 26 / 16:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.