İranın Təbriz şəhəri ilə Ermənistanın paytaxtı İrəvan arasında birbaşa aviareyslər iki illik fasilədən sonra avqustun 20-dən etibarən bərpa ediləcək.
Zefer.media İran ərazisində yayımlanan erməni radiostansiyasına istinadən xəbər verir ki, uçuşlar Təbrizdəki Şəhid Mədəni Beynəlxalq Hava Limanından “Pouya Airlines” aviaşirkəti tərəfindən həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
Məlumata görə, Təbriz–İrəvan istiqamətində ilk uçuş avqustun 20-də Bakı vaxtı ilə saat 09:00-a planlaşdırılıb.
Qeyd edək ki, İrəvan və Təbriz arasında birbaşa müntəzəm aviareyslər 2021-ci il iyulun 1-də istifadəyə verilib. Həmin vaxt uçuşları Ermənistanın “Armenia Airways” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçirirdi.
Birbaşa aviareyslər təxminən altı ay fəaliyyət göstərdikdən sonra aviaşirkətin uçuş proqramlarının optimallaşdırılması və təyyarələrin digər istiqamətlərə yönləndirilməsi səbəbindən dayandırılıb.
Aytən Yalçınqızı




