• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25° Weather Ashburn
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Şuşa həm də mətbuat paytaxtına çevrilib - Rəşad Məciddən açıqlama 

22 İyul, 26 / 11:31
A A

151 illik zəhmətli, məşəqqətli və bir o qədər də şərəfli mətbuat, jurnalistika yolu…

Azərbaycanda hər il 22 iyul tarixi Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Həmin əlamətdar tarix 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən ilk ana dilli milli mətbu orqan olan “Əkinçi” qəzetinin nəşrə başlaması şərəfinə təsis edilib. Sözügedən qəzet xalqımızın inkişafı, milli oyanışı, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Belə mötəbər gündə jurnalistlər təbrik yağışına tutulur, şərəfli peşənin məsuliyyətini, dəyərini bir daha hiss edirlər…

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri Rəşad Məcid Zefer.media-ya açıqlamasında media nümayəndələrini təbrik edib və Mətbuat Gününün əhəmiyyətindən söz açıb:

 

“İlk olaraq Azərbaycanın bütün peşəkar jurnalistlərini, mətbuatımızda fəaliyyət göstərmiş qocaman və gənc jurnalistləri təbrik edirəm. “Əkinçi” qəzetinin nəşrə başlamasından 151 il ötür. Ustadımız Həsən bəy Zərdabi 1875-ci il, isti yay günlərində böyük çətinliklərlə Azərbaycan dilində ilk qəzetimizi nəşr edib. “Əkinçi”nin qoyduğu ənənə və maarifçilik dilimizin saflığı obyektiv xəbər çatdırmaq bütün bunlar sonrakı illərə də ötürülüb. Ötən əsrin əvvəllərində Azərbaycanda “Həyat”, “İrşad”, “Tərəqqi” kimi nəşrlər, “Molla Nəsrəddin” klassik jurnalı işıq üzü görüb”.

Rəşad Məcid onu da vurğulayıb ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti(AXC) dövründə Üzeyir Hacıbəylinin redaktor olduğu “Azərbaycan” qəzeti tarixi missiya həyata keçirib:

“Bu gün mən minnətdarlıq hissi ilə söyləyirəm ki, hörmətli Hafiz Paşayevin rəhbərliyi Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetinin ADA Universiteti tərəfindən 20 cildlik transliterasiya və elmi nəşr layihəsi həyata keçirilib.

Sovet dövründə də Azərbaycan mətbuatı dilimizin saflığının qorunmasında əvəzsiz şəkildə çalışıblar. Dövlətimiz müstəqillik qazandıqdan sonra Ümummilli Liderin Fərmanı ilə 1998-ci il, avqust ayında Azərbaycanda senzura ləğv olundu, uzun illərdən bəri ölkəmizdə fəaliyyət göstərmiş mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə artıq tarixə qovuşdu, mətbuatımızın inkişafı baş verdi. Heydər Əliyevin mətbuatla ənənəsini Prezidenti İlham Əliyev layiqincə davam etdirir, jurnalistikaya dair həmişə həssas fikirlər deyir, müstəqil mətbuatın vacibliyi haqda çıxışlar edir.  Dövlət başçımız Azərbaycan jurnalistlərinin həm maddi- məişət şəraitinin yaxşılaşdırılması, həm də mətbuatın inkişafı yolunda mühüm sənədlər imzalayıb. Son illərdə yeni media haqqında qanunun yaranmasının hamımız şahidiyik, o cümlədən Medianın İnkişafı Agentliyi, bu yaxınlarda isə Media və Yayım Şurasının yayılması mətbuatın idarə olunmasında xüsusi rol oynayır və həmin qurumun formalaşması istiqamətində vacib qərarlar qəbul edilir. Bizim mədəniyyət beşiyimiz azad Şuşada keçirilən Media Forumlar isə dünya mətbuatının diqqətini ölkəmizə cəlb edib. Müxtəlif ölkələrdən gələn jurnalistlər azad olunmuş Qarabağı, bərpa-quruculuq işlərini görür, həmçinin dövrün böyük siyasətçi, siyasi liderinə çevrilmiş İlham Əliyevə sual vermək onunla fikir mübadiləsi aparmaq imkanlarına malik olurlar. Ona görə də Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, siyasət və mətbuat paytaxtıdır. Arzulayıram ki, media nümayəndələri mətbuatın qiymətli ənənələrini müvəffəqiyyətlə davam etdirsinlər”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

Avqust 15, 2026
Manşet

Prezident İlham Əliyevdən daha 4 fərman

Avqust 14, 2026
Siyasət

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Avqust 13, 2026
Media

APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Avqust 13, 2026
Təhsil

Ali məktəblərə ixtisas seçimi başlayıb - Yeniliklər olacaq?+Açıqlama

Avqust 12, 2026
Siyasət

İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib

Avqust 12, 2026

XƏBƏR LENTİ

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

15 Avqust, 26 / 14:01

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.