Xarici xəbərlər

Suriyada məhkəmə Bəşər Əsədin əmisi oğlunu ölüm cəzasına məhkum etdi

18 Avqust 2026, 17:421
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dəməşqdəki məhkəmə Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vəssim Əsədi ölüm cəzasına məhkum edib.

Zefer.media xəbər verir ki, məhkəmə Vəssim Əsədi “insanlığa qarşı cinayət və hərbi cinayət hesab olunan qəsdən adamöldürmə və işgəncələrdə” təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, istintaq Vəssim Əsədin yaşayış məntəqələrinə hücumlar həyata keçirən və kütləvi qətllər törədən qeyri-qanuni silahlı qruplaşmaların yaradılmasında iştirak etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, avqustun 11-də Dəməşq məhkəməsi Bəşər Əsədi və bir neçə keçmiş məmuru da ölüm cəzasına məhkum edib.

Onlar qəsdən adamöldürmə, işgəncə, qanunsuz həbslər və insanlığa qarşı cinayətlər də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirli biliniblər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600