Dünya

Suriyada İsrail Türkiyəyə qarşı: Netanyahu niyə zərbə endirmək qərarına gəlib

20 Avqust 2026, 20:546
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Şərqşünas, NEST Centre eksperti Ruslan Süleymanov Minval Politika ilə söhbətində bildirib ki, İsrailin son bəyanatları və addımları yalnız Suriyadakı vəziyyət prizmasından deyil, həm də ölkənin daxili siyasi gündəmi kontekstində nəzərdən keçirilməlidir.

Zefer.media xəbər verir ki, bu barədə Minval.az məlumat yayıb.

“İsrail həmişə Türkiyənin Suriyada hərbi mövcudluğunun genişlənməsinin əleyhinə çıxış edib. Lakin hesab edirəm ki, İsrail rəhbərliyinin son bəyanatlarına və son addımlarına, o cümlədən qarşıdan gələn seçkilər kontekstində baxmaq lazımdır. Bu, güc nümayişidir, öz seçicilərinə İsrail rəhbərliyinin fikrincə, təhlükənin gəldiyi ölkələrin ərazilərinə – istər Suriya, Livan, İran və sair olsun – istənilən vaxt əməliyyat keçirməyə, zərbələr endirməyə hazır olduğunu göstərməkdir”, – ekspert deyib.

Bununla yanaşı, onun fikrincə, hazırda birbaşa Suriyada İsrail və Türkiyə arasında yeni qarşıdurma xəttinin formalaşmasından danışmaq hələ tezdir. Şərqşünas qeyd edir ki, Ankara və Təl-Əviv rəqib olaraq qalırlar, lakin hər iki tərəf birbaşa hərbi toqquşmanın yaratdığı riskləri anlayır.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600