Xarici xəbərlər

Starlink Ukraynada yüksək sürətlə hərəkət edən terminallara məhdudiyyət qoydu

14 Oktyabr 2026, 12:440
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Starlink” Ukraynada terminalların saatda 160 kilometrdən yüksək sürətlə işləməsini məhdudlaşdırıb. Bu səbəbdən bir neçə mühüm missiyanın baş tutmadığı bildirilir.

Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko açıqlayıb. O, məhdudiyyətlərin Donald Tramp administrasiyasının xahişi ilə tətbiq oluna biləcəyini istisna etməyib.

Sternenkonun sözlərinə görə, Ukrayna artıq iki gündür ballistik raketlər barədə kəşfiyyat məlumatları almır.

O, ABŞ-nin tələbinə uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinin son günlər Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna hücum etmədiyini, lakin Rusiyanın enerji obyektlərini vurmağa davam etdiyini bildirib.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600