Xarici xəbərlər

Somali piratları İranın “kölgə donanması” ilə əlaqəli tankeri ələ keçirib

21 Avqust 2026, 11:042
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Somali piratları Yəmən sahillərində İranın “kölgə donanması” ilə əlaqəli olduğu güman edilən “SIBU 1” neft tankerini ələ keçiriblər.

Zefer.media xəbər verir ki, bu haqda “The New York Times” qəzeti bildirib.

Eritreya bayrağı altında üzən tanker İran neftinin daşınması üçün istifadə edilir. Gəminin mütəmadi şəkildə Yəməndə husilərin nəzarətində olan Ras İsa neft terminalına yanacaq daşıdığı bildirilir.

“Tanker Trackers” platformasının məlumatına görə, “SIBU 1”in İran neftinin daşınmasında istifadə edildiyi ehtimal olunur.

Tanker son dörd gün ərzində Somali piratları tərəfindən ələ keçirilən sayca ikinci gəmi olub.

Qeyd edilib ki, İran ətrafında davam edən münaqişə, bölgədəki qeyri-sabitlik və Somalidəki iqtisadi çətinliklər fonunda Ədən körfəzi və ətraf sularda pirat hücumlarının yenidən artması riski var.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600