Bu gün SEPAH mediası ABŞ prezidenti Donald Trampın fotosunu redaktə edərək sosial mediada paylaşıb.
Zefer.media xəbər verir ki, redaktə olunmuş şəkildə Tramp, İsrailin baş naziri Benyamin Netanyahu və cinsi istismarla bağlı ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin arasında oturur. Onların əllərindən tutmuş vəziyyətdə göstərilib.
Şəklin altında SEPAH tərəfindən yazılan şərh diqqət çəkir:
“Ey axmaq Tramp, Hörmüz boğazı sənin ağzın üçün daha böyük bir tikədir.
Sənin öz boğazın da Epşteynin və Netanyahunun əlindədir. Hörmüz boğazı haqqında danışmaq sən qumarbazın ağzından çox böyükdür.”
Zərintac Mayisqızı

















