Dünya

SEPAH sərhəd bölgəsində əməliyyat keçirib: ölənlər var

30 İyun 2026, 14:261
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün SEPAH-ın Quru Qoşunları ölkənin şimal-qərbində Mahabad və Piranşəhr şəhərləri arasındakı dağlıq bölgədə 6 nəfərlik silahlı qrupun zərərsizləşdirildiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, SEPAH-ın Həmzə Seyid əş-Şühəda qərargahının yaydığı bəyanata görə, qrup sərhəd bölgəsinə təxribat və terror əməliyyatları həyata keçirmək məqsədilə daxil olub.

Bildirilib ki, əməliyyatdan sonra dörd nəfərin meyiti, eləcə də silah və hərbi ləvazimatlar aşkar edilib. Məlumata əsasən, əməliyyat zamanı atəş dəstəyindən də istifadə olunub.

SEPAH-ın açıqlamasında silahlı qrupun kimliyi barədə əlavə məlumat verilməyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600