Bu gün İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hərbi hava bazasına növbəti zərbə endirdiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, “Nəsr 2” əməliyyatının 15-ci dalğası çərçivəsində həyata keçirilən hücum zamanı Əl-Udeyd bazasındakı uzun mənzilli radar sistemi və ABŞ-yə məxsus bir neçə strateji yanacaq doldurma təyyarəsi hədəfə alınıb.
Bəyanatda iddia olunur ki, hücum nəticəsində radar stansiyası və bir neçə tanker təyyarəsi tamamilə məhv edilib, digər təyyarələr isə ciddi ziyan görüb.
SEPAH ABŞ və bölgədə Amerika hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq edərək bildirib ki, “qırmızı xətlərin keçilməsi və mülki şəxslərlə infrastruktura qarşı hücumlar çox ciddi nəticələr doğuracaq”. Bəyanatda əlavə olunub ki, belə addımlar davam edərsə, İranın cavabı daha da dağıdıcı olacaq.
Zərintac Mayisqızı

















