İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəqdi ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.
Zefer.media xəbər verir ki, Nəqdi Trampı uzaqgörənlikdən məhrum və uşaqcasına davranan siyasətçi kimi xarakterizə edib.
O bildirib ki, ABŞ prezidentinin uzunmüddətli siyasi baxışı yoxdur.
“Tramp nəsə deyəndə 24 saat sonra nə baş verəcəyini belə düşünmür. Onun açıqlamalarının heç bir əsası və ardıcıllığı yoxdur”, – deyə İran generalı bildirib.
O, Trampın açıqlamalarına etibar etmədiyini vurğulayaraq, “Mən bir taksi sürücüsünə belə ondan daha çox güvənirəm” söyləyib.
SEPAH müşaviri əlavə edib ki, Trampın dediklərini çox ciddi qəbul etmək lazım deyil.
Zərintac Mayisqızı

















