Dünən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmmədrza Nəqdi Qərb mediasına müsahibə verərək ABŞ-İran müharibəsi və Vaşinqtonun hərbi məqsədləri barədə danışıb.
Zefer.media xəbər verir ki, Nəqdi “PBS News” telekanalının müxbiri Rza Sayaha müsahibəsində İranın müharibədə qalib gəldiyini iddia edib.
“Əlbəttə ki, qələbə bizim tərəfimizdədir. Amerikanın iki əsas məqsədinin – hakimiyyətin devrilməsi və İranın parçalanmasının – uğursuzluğundan sonra Amerikada çaşqınlıq gördük”, – deyə SEPAH rəsmisi bildirib.
Nəqdi ABŞ-nin müharibə zamanı konkret strategiyasının olmadığını iddia edib. Onun sözlərinə görə, Vaşinqton hər iki-üç gündən bir yeni hərbi məqsəd açıqlayırdı.
SEPAH müşaviri ABŞ-nin Xarq adasını ələ keçirmək, Hörmüz boğazını açmaq niyyətində olduğunu və bu məqsədlə döyüş gəmilərini bölgəyə cəlb etdiyini bildirib.
Zərintac Mayisqızı

















