Dünya

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul 2026, 14:133
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında qanun pozduğu iddia edilən iki neft tankerinin vurularaq saxlanıldığını açıqlayıb.

Zefer.media xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir:

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təhriklərinin təsiri altında olan iki tanker xəbərdarlıqlara baxmayaraq, təhlükəli marşrutdan istifadə edərək Hörmüz boğazından keçməyə cəhd edib”.

Bəyanata görə, həmin iki tanker hədəfə alınıb, daha dörd tanker isə marşrutunu dəyişərək geri qayıdıb.

SEPAH, habelə, bildirib ki, Hörmüz boğazı üzərində tam nəzarəti və bölgədə təhlükəsizlik tədbirlərini gücləndirməyi davam etdirəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600