İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sərallah” qərargahı komandirinin müavini Hüseyn Necat Rusiya və Çinin müharibə dövründə Tehrana silah və sursat tədarük etmədiyini açıqlayıb.
Zəfər.media xəbər verir ki, general hətta İranın adıçəkilən ölkələrdən gözyaşardıcı qaz almaq istəyinin də nəticəsiz qaldığını bildirib.
“İndi biz Rusiya və Çindən gözyaşardıcı qaz istəyirik, amma onlar bunu bizə vermirlər”, – deyə Hüseyn Necat qeyd edib.
Onun sözlərinə görə, müharibə zamanı nə Rusiya, nə də Çin İrana silah və sursat göndərib.
SEPAH generalı əlavə edib ki, bu ölkələrin gözyaşardıcı qaz tədarükündən imtina etməsindən sonra İran həmin vasitənin istehsalını öz üzərinə götürüb. Hazırda ölkənin bu məhsulu daxildə istehsal etmək imkanına malik olduğu bildirilir.
Necatın açıqlaması İranın müharibə dövründə Moskva və Pekindən gözlədiyi hərbi dəstəyi ala bilmədiyinə dair diqqətçəkən etiraf kimi qiymətləndirilə bilər.




