Dünya

SEPAH Dubayda Ukrayna bazasını vurduğunu açıqlayıb

28 Mart 2026, 16:349
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari Dubayda Ukraynaya məxsus dron əleyhinə sistem anbarını vurduqlarını iddia edib.

Zefer.media xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.

Zülfüqari qeyd edib ki, obyekt SEPAH-ın Aerokosmik və Dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində hədəfə alınıb.

O bildirib ki, eyni vaxtda Dubayda ABŞ hərbi qüvvələrinin istifadə etdiyi sığınacaqlara da zərbələr endirilib və bunun ağır itkilərlə nəticələndiyi iddia olunur.

Açıqlamada deyilib ki, vurulan anbar ABŞ ordusuna dəstək məqsədilə Dubayda yerləşdirilmiş Ukraynaya məxsus dronlara qarşı sistemləri saxlayırdı və orada 21 ukraynalının olduğu bildirilib.

Bununla yanaşı, sözçü həmin şəxslərin taleyi ilə bağlı dəqiq məlumatın olmadığını da əlavə edib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600