İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi ölkənin idarəetmə və ictimai kommunikasiya sistemində daha açıq yanaşmaya ehtiyac olduğunu bildirib.
Zefer.media xəbər verir ki, o, hazırkı böhran vəziyyətində dövlət rəsmilərinin mərhum ali rəhbər Əli Xameneinin keçmişdə istifadə etdiyi birbaşa xalq müraciəti modelinə bənzər üslubdan istifadə etməli olduğunu deyib.
Sadeqi qeyd edib ki, yüksək səviyyəli rəsmilər ictimaiyyəti məlumatlandırmaq və gərginlik dövrlərində vətəndaşlara izah vermək öhdəliyi daşıyırlar.
“12 günlük müharibə zamanı mərhum lider xalqa müraciət etdi və onları sakitləşdirdi. Biz sirlərin açılmasını tələb etmirik, ancaq vəziyyətlə bağlı ictimaiyyətə hesabat verilməlidir ki, düşmən bu boşluqdan istifadə etməsin”, – o bildirib.
Zərintac Mayisqızı

















