Dünya

SEPAH bazası yaxınlığında məktəb hədəfə çevrildi

31 Mart 2026, 13:255
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın cənubunda yerləşən Lamerd şəhərində məktəb binasına raket düşməsi nəticəsində 21 nəfərin həlak olduğu bildirilib.

Zefer.media xəbər verir ki, ABŞ-yə məxsus yeni nəsil PrSM (Precision Strike Missile) ballistik raketi şəhərdəki məktəbin idman zalına düşüb.

Hadisə nəticəsində məktəb binasında dağıntı və yanğın baş verdiyi qeyd olunur.

Paylaşılan videolara, habelə, peyk görüntülərinə əsasən, fevralın 28-də SEPAH-a məxsus hərbi bazaya endirilən raket zərbəsinin təsiri bazanın yaxınlığında yerləşən məktəbə də dəyib.

Məlumata görə, hadisə daha öncə Minab şəhərində baş vermiş oxşar faciəni xatırladır. Bildirilib, SEPAH Hərbi Dəniz Qüvvələrinin bazasına bitişik orta məktəbə BGM-109 Tomahawk raketinin düşməsi nəticəsində 180 nəfər, o cümlədən 175 uşaq həyatını itirmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600