Bu gün İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazasına qarşı yeni hücum həyata keçirdiyini açıqlayıb.
Zefer.media-nın əldə etdiyi məlumata görə, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, əməliyyat “ABŞ-yə qarşı növbəti cavab tədbiri” çərçivəsində icra olunub.
Qurumun iddiasına görə, hücum zamanı buraxılışa hazır vəziyyətdə olan iki HIMARS raket buraxılış qurğusu məhv edilib.
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) və ya Küveyt rəsmiləri isə hələlik SEPAH-ın bu iddiasına münasibət bildirməyiblər. Hadisə ilə bağlı məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
Zərintac Mayisqızı




