Dünya

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul 2026, 17:591
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İordaniya və Küveytdə yerləşən ABŞ hərbi hədəflərinə yeni zərbələr endirdiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, SEPAH-ın bəyanatına görə, “Nəsr 2” əməliyyatının 14-cü dalğası çərçivəsində İordaniyada yerləşən ABŞ qırıcı təyyarələri və yanacaq dolduran tanker təyyarələri ballistik raketlər və pilotsuz uçuş aparatları ilə iki mərhələdə hədəfə alınıb. Bəyanatda iddia olunur ki, hücum nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi məhv edilib, digərlərinə isə ciddi ziyan dəyib.

SEPAH eyni zamanda ABŞ-ni İordaniyadakı bazalarından istifadə edərək İranın cənubundakı Bəndər Abbas şəhərində körpülər, yaşayış məntəqələri və su təchizatı obyektləri də daxil olmaqla mülki infrastrukturu vurmaqda ittiham edib.

Bundan sonra yayılan digər bəyanatda isə “Nəsr 2” əməliyyatının 15-ci dalğası çərçivəsində Küveytdə yerləşən ABŞ qüvvələrinin hədəfə alındığı bildirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600