• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.7° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Sebastian Ko: Atletika Olimpiya idman növləri arasında birinci mövqeyini qoruyub saxlamalıdır

28 Avqust, 26 / 10:44
A A

Dünya Atletika Birliyinin prezidenti Sebastian Ko atletikanın gələcəyi ilə bağlı olduqca nikbin olduğunu bildirib və idman növünün Olimpiya proqramında birinci mövqeyini qoruyub saxlamalı olduğunu deyib.

Zefer.media  bu barədə Xinhua – ya istinadən xəbər verir.

“Dünyada həqiqətən qlobal miqyasda yayılan cəmi iki idman növü var: biri futbol, digəri isə atletikadır. Biz Olimpiya idman növləri arasında birinci mövqeyimizi qoruyub saxlamalıyıq”, — Ko Sürixdə keçiriləcək “Diamond League” mərhələsi ərəfəsində bildirib.

“İdmanın gələcəyi ilə bağlı çox nikbinəm. Heç vaxt onun gələcəyi barədə bu qədər nikbin olmamışam. Mənim xələfim kim olursa-olsun, məndən daha güclü vəziyyətdə olan bir idmanı təhvil alacaq. Tam əminəm ki, bu idman növü inkişafını davam etdirəcək. Bilirəm ki, atletika Olimpiya idman növləri arasında birinci mövqeyini qoruyacaq”, — gələn ay 70 yaşı tamam olacaq prezident qeyd edib.

Britaniyalı mütəxəssis 2027-ci ildə Dünya Atletika Birliyinin prezidenti vəzifəsindən ayrılacaq. O, 2019-cu ildə “Dünya Atletikası” adlandırılan Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti vəzifəsinə 2015-ci il avqustun 19-da Pekində keçirilən seçkilərdə seçilib. Onun xələfi 2027-ci il Dünya Atletika Çempionatından dərhal əvvəl Pekində keçiriləcək Dünya Atletika Birliyinin Seçki Konqresində müəyyənləşəcək.

“Qarşıdakı bir il ərzində məqsədim gələcək illərdə daha güclü idmanın formalaşmasına və inkişafına kömək edəcəyinə inandığım dəyişiklikləri həyata keçirməyə davam etməkdir. Mən vəzifədən ayrıldığım zaman güclü rəhbərliyin olmasını və idmanın inkişafını davam etdirməsini istəyirəm. Təbii ki, hər zaman dəstək olmaq və bacardığım hər şəkildə kömək etmək üçün orada olacağam. Lakin bundan sonra bu çağırışların öhdəsindən gəlmək növbəsi başqa birinə çatacaq”, — prezident bildirib.

2026-cı il “Diamond League” mövsümü sentyabrın 11-dən 13-dək Budapeştdə keçiriləcək ilk “Ultimate Championship” yarışından əvvəl başa çatmaq üzrədir. İki ildən bir keçiriləcək bu mövsümsonu yarışında dünya çempionları, Olimpiya çempionları, “Diamond League” qalibləri və il ərzində ən yüksək nəticələr göstərmiş atletlər titul və pul mükafatı uğrunda mübarizə aparacaqlar.

Yarışın ümumi mükafat fondu 10 milyon ABŞ dollarıdır. Hər bir növ üzrə qalib 150 min ABŞ dolları məbləğində mükafat əldə edəcək.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Dünya

Kaja Kallas: Rusiyada demokratiyadan yalnız görüntü qalıb

Sentyabr 21, 2026
Dünya

Tehran səmasında qeyri-adi rəngli işıqlar görünüb

Sentyabr 21, 2026
Dünya

Tramp Yəməndə husilərə zərbə endirmək planından imtina edib

Sentyabr 21, 2026
Dünya

İtaliyada məktəblərdə burqa və niqab qadağası planlaşdırılır

Sentyabr 21, 2026
Dünya

Umerov: Rusiya və Ukrayna danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib

Sentyabr 21, 2026
Dünya

Suriyada Hələb yaxınlığında sursat anbarında partlayış baş verib

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Niyə həmişə yorğunuq? — Psixoterapevtdən XƏBƏRDARLIQ

22 Sentyabr, 26 / 15:48

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

22 Sentyabr, 26 / 15:03

Azərbaycanda mal əti bahalaşdı

22 Sentyabr, 26 / 14:56

Masallının böyük bir hissəsi qazsız qalacaq

22 Sentyabr, 26 / 14:48

Eskişehirdə Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib

22 Sentyabr, 26 / 8:11

Bakıda üstünə monitor aşan qadının son vəziyyəti açıqlanıb

21 Sentyabr, 26 / 13:48

Sentyabrın 22-də Bakıda hava necə olacaq? – Yağış ehtimalı var

21 Sentyabr, 26 / 13:32

“Neftçi”dən tarixi nəticə: 1000-ci oyunda 550-ci qələbə

21 Sentyabr, 26 / 13:24

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

21 Sentyabr, 26 / 13:18

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub

21 Sentyabr, 26 / 13:14

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.