• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.7° Weather Ashburn
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Şahbaz Şərif Tehran və Ankaraya niyə gedir? – Açıqlama

30 İyun, 26 / 13:05
A A

Pakistanın Baş naziri Şahbaz Şərif 3–6 iyul tarixlərində İran və Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə “Dawn” nəşri məlumat yayıb.

Belə ki, səfər çərçivəsində Şahbaz Şərif İran və Türkiyə rəhbərliyi ilə görüşlər keçirəcək. Danışıqlarda regional təhlükəsizlik, ikitərəfli əməkdaşlıq və ABŞ–İran münasibətlərindəki son vəziyyət əsas müzakirə mövzuları olacaq. Pakistan Baş nazirinin Tehran və Vaşinqtonu sülh prosesi çərçivəsində İslamabad anlaşma memorandumunun şərtlərinə əməl etməyə çağıracağı bildirilir.

Qeyd edək ki, ABŞ və İran arasında əldə olunmuş kövrək atəşkəs iyunun 27-də Fars körfəzində baş verən qarşılıqlı hərbi insidentlərdən sonra yenidən sarsılıb. ABŞ-nin həyata keçirdiyi əməliyyat İranın rabitə və hava hücumundan müdafiə obyektləri, pilotsuz uçuş aparatları anbarları və minalama vasitələrini hədəf alıb. Vaşinqton bu əməliyyatı Hörmüz boğazında neft tankerinə edilən hücuma cavab olaraq həyata keçirdiyini açıqlayıb.

Milli məclisin sabiq deputatı, politoloq Elşad Mirbəşiroğlu Zefer.media-ya açıqlamasında bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin İran və Türkiyəyə planlaşdırılan rəsmi səfəri regionda cərəyan edən geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət daşıyır:

“Məlum olduğu kimi, Pakistan son dövrlərdə ABŞ ilə İran arasında aparılan danışıqlarda mühüm vasitəçi rolunu oynayır. Məhz İslamabadın vasitəçiliyi nəticəsində tərəflər arasında ilkin qarşılıqlı anlaşma əldə olunub və növbəti iki ay ərzində qalan məsələlərin razılaşdırılması nəzərdə tutulur.
Bununla belə, tərəflər arasında etimad hələ də zəif olaraq qalır. Bir neçə gün əvvəl baş verən qarşılıqlı zərbələr də göstərdi ki, sülh prosesinin irəliləməsi üçün daha ehtiyatlı və ardıcıl addımların atılmasına ehtiyac var.

Bu baxımdan hesab edirəm ki, Şahbaz Şərifin İrana və Türkiyəyə səfərləri regiondakı mövcud vəziyyətlə birbaşa bağlıdır. İlk növbədə, Tehranla keçiriləcək danışıqlarda əsas məqsəd tərəfləri yeni hərbi insidentlərdən çəkindirmək və sülh prosesinin davamlılığını təmin etmək olacaq. Türkiyənin də bu proseslərdə mühüm təsir imkanları mövcuddur. Bu səbəbdən Şahbaz Şərifin səfəri növbəti mərhələdə danışıqların sürətlənməsinə və prosesin irəliləməsinə mühüm töhfə verə bilər. Çünki prinsipial məsələlər üzrə tərəflər artıq mövqelərini ortaya qoyub və əldə olunan razılaşmaları imzaları ilə təsdiqləyiblər.

Eyni zamanda, bu səfər regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlara uyğun əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Yaxın Şərqdə davam edən gərginlik həm qlobal təhlükəsizlik mühitinə, həm dünya iqtisadiyyatına, həm də beynəlxalq geosiyasi sabitliyə ciddi mənfi təsir göstərir. Buna görə də yekun sülhün əldə olunması region dövlətlərinin ümumi maraqlarına cavab verir. İran, Türkiyə, Pakistan və digər region ölkələri, eləcə də yaxın coğrafiyada yerləşən dövlətlər ABŞ ilə İran arasında yekun razılaşmanın əldə olunmasını və davamlı sülhün təmin edilməsini istəyirlər.

İran Prezidenti Məsud Pezeşkianın Pakistana son səfəri zamanı da iki ölkə arasında yüksək etimad mühitinin mövcud olduğu bir daha nümayiş etdirildi. Bu baxımdan Şahbaz Şərifin Tehrana səfərini həm də cavab səfəri kimi qiymətləndirmək olar. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik məsələləri də əsas müzakirə mövzularından olacaq”.

Politoloq əlavə edib ki, regionda gələcək əməkdaşlıq perspektivləri və beynəlxalq münasibətlərin inkişafı böyük ölçüdə ABŞ ilə İran arasında aparılan danışıqların nəticəsindən asılıdır:

“Həmin razılaşmanın baş tutmasını istəməyən qüvvələrin də mövcudluğu nəzərə alınarsa, Türkiyə Prezidenti ilə keçiriləcək görüşlərdə bu məsələnin də ətraflı müzakirə ediləcəyi gözlənilir. Ankara­nın regional təsir imkanlarından istifadə olunması və Türkiyənin sülh prosesinə daha fəal dəstək verməsi istiqamətində fikir mübadiləsinin aparılması ehtimalı yüksəkdir. Məqsəd ABŞ ilə İran arasında danışıqların konkret nəticələrə və davamlı razılaşmaya gətirib çıxarmasına töhfə verməkdir”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

İyul 19, 2026
Manşet

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

İyul 17, 2026
İdman

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

İyul 17, 2026
Dünya

Əraqçı: “İsrail ABŞ-ni tənqid edənləri Amerika pulları ilə susdurmağa çalışır”

İyul 17, 2026
Siyasət

Azərbaycan və Qazaxıstan Ələt limanında birgə terminal tikməyə hazırlaşır

İyul 17, 2026
Manşet

"Hələki bunun İranla Suriya arasında birbaşa qarşıdurma yaradacağını düşünmürəm" - Politoloqdan açıqlama 

İyul 17, 2026

XƏBƏR LENTİ

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

19 İyul, 26 / 18:08

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

19 İyul, 26 / 15:38

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

18 İyul, 26 / 12:46

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 18:16

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

17 İyul, 26 / 18:14

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

17 İyul, 26 / 18:08

“Evdə tək-2” filminin aktrisası dünyasını dəyişib

17 İyul, 26 / 18:05

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul, 26 / 18:02

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul, 26 / 17:59

Qəbul imtahanında dörd nəfər 400 bal toplayıb

17 İyul, 26 / 17:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.