İranın ali rəhbərinə bağlı radikal mövqeli “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari qəzetdə dərc olunan məqaləsində Hörmüz boğazı ətrafında planlaşdırılan beynəlxalq hərbi missiyaya sərt reaksiya verib.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
“Hörmüz boğazı üzərində qanuni suverenlik hüququmuzla mübarizə aparmaq üçün ABŞ-a müşayiət edəcək Fransa və Britaniya gəmilərinin və ya hər hansı digər ölkənin olması suveren işlərimizə açıq şəkildə müdaxilədir və bu döyüş gəmiləri ilə qabaqlayıcı qarşıdurma bizim təbii və tanınmış hüququmuzdur”, – deyə Şəriətmədari yazıb.
O əlavə edib ki, Hörmüz boğazında Fransa və Britaniya hərbi gəmilərinin görünməsi İslam Respublikasına qarşı “müharibə elanı” kimi qəbul ediləcək.
Şəriətmədari qeyd edib ki, bu gəmilər İranın uzun mənzilli raketlərinin hədəf dairəsindədir.
Zərintac Mayisqızı

















