Dünya

Rusiyanın Odessa yaxınlığındakı gəmiyə zərbəsi nəticəsində beş dənizçi həlak olub

20 İyul 2026, 11:501
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Qvineya-Bisau bayraqlı, Türkiyəyə məxsus _GOLDEN LEO_ quru yük gəmisinə üç ədəd X-59/X-69 qanadlı raketlə zərbə endirib. Taxıl yüklü gəmi döyüş zonasından çıxırdı.

Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, zərbədən sonra göyərtədə yanğın başlayıb.

Ekipajın beş üzvü itkin düşüb. Səkkiz nəfəri təxliyə etmək mümkün olub, onlar Odessanın xəstəxanalarından birinə çatdırılıblar. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600