Rusiya ordusunun Kiyev və Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hücum nəticəsində yaşayış binaları, mülki və dəmir yolu infrastrukturu zərər görüb. Kiyevdə “Ukrzaliznıtsya”nın deposuna da ziyan dəyib və həlak olanlar arasında dəmir yolu əməkdaşlarının olduğu bildirilib.
Bununla yanaşı, pilotsuz uçuş aparatları Ukraynanın Odessa vilayəti ilə Rumıniya sərhədində yerləşən “Orlivka” sərhəd-keçid məntəqəsinə də hücum edib. Məntəqənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Aytən Yalçınqızı


















