Dünya

Türkiyəyə məxsus yük gəmisinə dron hücumu – Ölən və yaralananlar var

18 Sentyabr 2026, 12:522
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə şirkəti ilə əlaqəli M/V Mariam M yük gəmisinə Ukrayna-Rumıniya sərhədi yaxınlığında dronla hücum edilib.

Zefer.media xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. İlkin məlumatlara görə, gəmi Dunay deltasındakı Bıstrı kanalında hərəkətdə olarkən hücuma məruz qalıb. Hadisədə gəminin üst quruluşu və idarəetmə kabinəsi yanıb.

Bir sıra mənbələr hücumun Rusiya ordusuna məxsus kamikadze-dronla həyata keçirildiyini bildirir. Hadisənin detalları ilə bağlı məlumatlar isə hələ tam təsdiqlənməyib.

İlkin məlumatlarda gəmi kapitanının öldüyü və 13 nəfərin yaralandığı bildirilir. Bəzi mənbələr isə kapitanla yanaşı liman pilotunun da öldüyünü yazır.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600