Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ictimai və dini xadimlərə qarşı sui-qəsdlər hazırlamaqda, eləcə də terrorizmi maliyyələşdirməkdə şübhəli bilinən cinayətkar qrupun aşkar edildiyini açıqlayıb.
Zefer.media xarici mənbələrə əsasən xəbər verir ki, DTX-nin məlumatına görə, qrup üzvləri seçilmiş hədəflərin hərəkət marşrutlarını və mühafizəsini öyrənib, planlaşdırılan cinayətlərdən sonra isə xaricdəki münaqişə zonalarında gizlənmək niyyətində olublar.
Həmçinin müəyyən edilib ki, kriptovalyuta sistemləri vasitəsilə dini radikalizm zəminində silahlı münaqişələrdə iştirak edən şəxslər, o cümlədən beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan qurumlar maliyyələşdirilib.
Antiterror əməliyyatları eyni vaxtda beş ölkədə keçirilib və burada qruplaşmanın 10 üzvü saxlanılıb. Onlardan biri – Elşən Əsgərov Azərbaycana ekstradisiya edilib.
Lalə Qurbanlı

















