Dünya

Bu ölkələr arasında viza rejimi ləğv olunur

6 Aprel 2026, 16:072
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı viza tələblərindən imtina haqqında saziş mayın 11-də qüvvəyə minəcək.

Zefer.media xəbər verir ki, bu barədə məlumat yayan Rusiya Xarici İşlər Nazirliyi RF vətəndaşlarının bir təqvim ili ərzində davamlı olaraq və ya ümumilikdə 90 günə qədər Səudiyyə Ərəbistanına vizasız daxil ola və qala biləcəklərini qeyd edib.

Sazişə əsasən, vizasız rejim işləmək, təhsil almaq və ya daimi yaşayış hüququ istisna olmaqla, Krallığa səyahətə şamil edilir.

Rusiya Federasiyasına səfər edən Səudiyyə Ərəbistanı vətəndaşları üçün də oxşar şərtlər planlaşdırılıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600