Ukrayna və Rusiya arasında genişmiqyaslı “1000-ə 1000” hərbi əsir mübadiləsinin birinci mərhələsi həyata keçirilib.
Zefer.media xəbər verir ki, Ukrayna əsirliyində olan 205 rusiyalı hərbçi ölkəyə geri qaytarılıb. Eyni zamanda, Rusiya tərəfi də 205 ukraynalı hərbçini qarşı tərəfə təhvil verib.
Məlumata görə, əsir mübadiləsində vasitəçi qismində Birləşmiş Ərəb Əmirlikləri çıxış edib.
Zərintac Mayisqızı
















