Dünya

Rusiya universitetlərində “sakit otaqlar” yaradılacaq – məqsəd nədir?

18 Noyabr 2026, 15:034
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya universitetlərində tələbələrin neyron şəbəkələrindən və digər köməkçi texniki vasitələrdən istifadə edə bilməyəcəkləri xüsusi “sakit otaqlar”ın yaradılması planlaşdırılır.

Zefer.media Caliber-ə istinadən xəbər verir ki, bu barədə Rosobrnadzorun rəhbəri Anzor Muzayev məlumat verib. Onun sözlərinə görə, belə otaqların yaradılması üçün xüsusi icazə tələb olunmur.

Təşəbbüsün məqsədi tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsini təmin etmək və onların tədris materialını nə dərəcədə mənimsədiklərini yoxlamaqdır.

Bundan əlavə, Rosobrnadzor və Rəqəmsal İnkişaf Nazirliyi onlayn mağazalarda gizli qulaqcıqların satışının qadağan edilməsi imkanını da nəzərdən keçirir.

Muzayev bu cihazların, əslində, casus avadanlığı olduğunu və satışının qarşısının alınmalı olduğunu bildirib.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600