Avropa İttifaqının siyasəti Asiya ilə iqtisadi əlaqələrin zəifləməsinə, qaz qiymətlərinin artmasına, həyat səviyyəsinin aşağı düşməsinə və iqtisadi artımın yavaşlamasına səbəb ola bilər.
Zefer.media Caliber-ə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanı heç nəyə bağlamır, əksinə, Gürcüstan Aİ-ni Asiyaya bağlayır.
“Avropa İttifaqı bizi heç nəyə bağlamır; biz onu Asiyaya bağlayırıq. Asiya ilə körpülərini yandırmaqla özləri əziyyət çəkəcəklər: qazın qiyməti artacaq, həyat səviyyəsi aşağı düşəcək və iqtisadi artım azalacaq”, – deyə Papuaşvili vurğulayıb.
O əlavə edib ki, Brüssel baş verənlərə görə Rusiyanı günahlandırmaqda davam edir, halbuki Aİ öz qərarlarına görə məsuliyyət daşımalıdır.
Aytən Yalçınqızı




