Rusiya qüvvələrinin Ukraynanın Moldova ilə sərhədində yerləşən keçid məntəqəsinə növbəti dəfə hücum etdiyi bildirilir.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, gecə saatlarında hücum PUA-ları Odessa vilayətində yerləşən “Vinoqradovka – Vulkeneşti” sərhəd-keçid məntəqəsinin infrastrukturuna zərər vurub.
Ukrayna sərhədçiləri vətəndaşlardan alternativ sərhəd-keçid məntəqələrindən istifadə etmələrini xahiş ediblər.
Məlumata görə, bu, son bir neçə gün ərzində Ukrayna-Moldova sərhədindəki müxtəlif keçid məntəqələrinə qarşı həyata keçirilən üçüncü hücumdur.
Aytən Yalçınqızı

















